Muxtəsər təfsir
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۚ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُو۟لَـٰٓئِكَ كَانَ عَنْهُ مَسْـُٔولًا ﴿٣٦﴾
Ey Adəm övladı! Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Yoxsa zənnə və şəkk-şübhəyə qapanmış olarsan. Çünki insan qulaq, göz və qəlbini istifadə edərək qazandığı hər bir xeyir və şərə görə Allah yanında sorumludur. Beləliklə də, qiyamət günü bu əzalar ilə qazandığı xeyirə görə müxafat verilər və şərə görə də cəzalandırılar.