Muxtəsər təfsir
وَلَقَدْ صَرَّفْنَا فِى هَـٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُوا۟ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا ﴿٤١﴾
İnsanların öyüd-nəsihət qəbul edib, özlərinə fayda verəni almaları və zərərli şeylərdən uzaq durmaları üçün, Biz bu Quranda şəri əhkamları, öyüd-nəsihətləri və hekayələri açıq-aydın izah etdik. Amma bu, fitrəti dəyişmiş kimsələrin haqqdan daha da uzaq düşmələrinə və haqqa qarşı nifrətinin daha da artmasına səbəb oldu.