×
الإسراءAyə 64

Muxtəsər təfsir

وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَـٰدِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَـٰنُ إِلَّا غُرُورًا ﴿٦٤﴾

İnsanlardan gücün çatdığı kim­sə­lə­ri səsinlə aldatıb günahlara və Allaha asi olan əməllərə təhrik et, sənə itaət etməyə çağıran atlı və pi­ya­dalarla onlara yüksək səslə səslən, şəriətə müxalif olan hər bir şeyi onlara gözəl göstərərək mallarına, yalan iddialarla, zina yolu ilə əldə etdikləri övlad­larına, Allahdan başqasının qulluğuna bağlayan (Abduşşəms, "Günəşin qulu" – kimi) adlar verərək şə­rik ol, onla­ra yalan vədləri, batil və boş ümüdləri gözəl göstər. Şübhə­siz ki, şeytan onlara, ancaq onları aldadan yalan vəd­lər verər.