×
الإسراءAyə 99

Muxtəsər təfsir

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّـٰلِمُونَ إِلَّا كُفُورًا ﴿٩٩﴾

Öldükdən sonra yenidən dirilməyi inkar edən kimsələr belə bir əzəmətli göyləri və yeri yaradan Allahın, on­ların bənzərini yenidən yarat­mağa qadir olduğunu bilmirlərmi?! Əzəmətli bir yarlığı yaratmağa qadir olan Allah, əlbətdə ki, ondan daha kiçik olanı yaratmağa qadirdir. Uca Allah onlar üçün dünya həyatında əcəllərinin sona çatacağı mü­əyyən bir vaxt təyin etdiyi kimi, öldükdən sonra yenidən diriləcəkləri gün üçün də müəyyən bir vaxt təyin etmişdir. Öldükdən sonra dirilməyi isbat edən dəlillərin açıq-aydın olmasına rəğmən, müşriklər yenə də öldükdən sonra yenidən dirilməyi inkar etməkdə davam edirlər.