Muxtəsər təfsir
سَيَقُولُونَ ثَلَـٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًۢا بِٱلْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَآءً ظَـٰهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا ﴿٢٢﴾
Mağarada yuxuya dalan gənclərin sayı barədə münaqişə edənlərdən bəziləri: "Onlar üç kişidir, dördüncüsü isə köpəkləridir!" – deyəcəklər. Digərləri isə "Onlar beş kişidir, altıncısı isə köpəkləridir!" – deyəcəklər. Bu iki dəstə nə söyləmişsə, bunların hər ikisi də zənnə qapanaraq, bilmədikləri bir şeyi təxmin edərək söyləyəmişdilər. Bəziləri də: "Onlar yeddi kişidir, səkkizincisi isə köpəkləridir!" – deyəcəklər. Ey Peyğəmbər! Onlara belə de: "Onların sayını Rəbbim daha yaxşı bilir. Rəbbin bildirdiyi kimsələr müstəsna olmaqla insanlardan onların sayının nə qədər olduğunu bilən çox azdır. Sən nə onların sayı və nə də başqa halları barədə, istər Kitab əhli ilə istərsədə ki qeyriləri ilə açıq-aydın bir şəkildə və çox da dərinə varmadan və Allahın onlar barədə sənə nazil etdiyi ayələrə istinad edərək mübahisə et. Kitab əhli və ya başqalarından əshabi-kəhf barədə bir şey soruşma, çünki onlar bu hekayət haqqında heç bir elmə sahib deyillər!"