Muxtəsər təfsir
وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَـٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا ﴿٢٧﴾
Ey Peyğəmbər! Allahın sənə Quranda vəhy etdiyini oxu və onunla əməl et. Onun kəlmələrini dəyişdirəcək bir kimsə yoxdur. Çünki bu kəlmələrin hamısı doğru və hamısı ədalətli kəlmələrdir. Sən uca Allahdan başqa heç bir sığınacaq və ya səni qoruyacaq bir kimsə əsla tapa bilməzsən.