Muxtəsər təfsir
وَوُضِعَ ٱلْكِتَـٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَـٰوَيْلَتَنَا مَالِ هَـٰذَا ٱلْكِتَـٰبِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَىٰهَا ۚ وَوَجَدُوا۟ مَا عَمِلُوا۟ حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا ﴿٤٩﴾
O gün hər kəsin əməl dəftəri qarşısına qoyulacaq, bəziləri onu sağ tərəfdən, bəziləri də sol tərəfdən alacaqdır. Ey İnsan! O gün sən kafirlərin orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Çünki onlar etdikləri küfr və günahları yaxşı bilirlər. Onlar bunun ardından belə deyəcəklər: "Vay halımıza və başımıza gələn müsibətə! Bu necə bir kitabdır! Etdiyimiz əməllərdən nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar dünya həyatında etdikləri bütün günahların hamısını necə var, yazılı bir halda görəcəklər. Ey Peyğəmbər! Rəbbin heç kəsə qarşı zülm etməz. Heç kimsəni günahsız yerə cəzalandırmaz. Ona itaət edən kimsənin də etdiyi itaətin əcrini naqis etməz!