×
الكهفAyə 71

Muxtəsər təfsir

فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِى ٱلسَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْـًٔا إِمْرًا ﴿٧١﴾

Xızır Musa ilə şərti kəsdikdən sonra bir gəmi tapana qədər hər ikisi də dəniz sahilinə tərəf get­dilər. Nəhayət, bir gəmi tapdıqları zaman, gəmi sahibi Xızıra hörmət əlamti olaraq onları pulsuz və heç bir qarşılıq almadan gə­miyə mindirdi. Bu zaman Xızır gəminin bir taxtasını sındırıb çıxararaq gəmidə dəlik açdı. Musa ona dedi: "Gəmi sahibi bizi pulsuz-parasız gəmiyə mindirdiyi halda, sən isə gə­midə olan­la­rın suyda batması üçün onu deşdin?! Həqiqətən sən, bö­yük bir günah iş gör­dün!"