Muxtəsər təfsir
قَالَ هَـٰذَا رَحْمَةٌ مِّن رَّبِّى ۖ فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا ﴿٩٨﴾
Zülqərneyn dedi: "Bu sədd, Yəcuc-Məcüc tayfalarının yer üzündə fitnə-fəsad törməmələri və bu işdə onlara mane olmaları üçün Rəbbimdən olan bir mərhəmətdir. Qiyamət saatı qopmazdan əvvəl uca Allahın onların çıxması üçün təyin etdiyi vaxt gəldikdə isə, onu yerlə bərabər edəcəkdir. Uca Allahın səddi yerlə bərabər etməsi, Yəcuc-Məcüc tayfalarının oradan çıxıb, yer üzünə səpələnməsinə dair verdiyi vədi həqiqətdir və bu haqda heç bir ixtilaf ola bilməz!"