Muxtəsər təfsir
قَالَ سَلَـٰمٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ ۖ إِنَّهُۥ كَانَ بِى حَفِيًّا ﴿٤٧﴾
İbrahim - aleyhissəlam - atasına belə dedi: "Məndən sənə salam olsun! Məndən sənə heç bir pislik gəlməyəcəkdir. Rəbbimdən sənin üçün bağışlanma və doğru yol diləyəcəyəm. Həqiqətən, Rəbbim mənə qarşı çox lütfkardır.