Muxtəsər təfsir
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَـٰثًا وَرِءْيًا ﴿٧٤﴾
Biz maddi imkanlarının üstünlüyü ilə öyünüb fəxr edən bu kafirlərdən öncə, var-dövlət baxımından, həmçinin gözəl libasları və bədənlərinin sağlamlığına görə zahiri görünüşcə onlardan daha üstün olub, nemətlər içində yaşayan neçə-neçə nəsilləri məhv etdik.