×
مريمAyə 8

Muxtəsər təfsir

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَـٰمٌ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّا ﴿٨﴾

Zəkəriyya Allahın qüdrətinə heyrət edərək dedi: "Ey Rəbbim! Həyat yoldaşım uşaq doğmayan son­suz bir qadın ikən, özüm də ömrümün son həd­din­ə çatıb sümüklərim zəyiflədiyi bir halda mə­nim necə övla­dım ola bilər?!"