×
البقرةAyə 124

Muxtəsər təfsir

وَإِذِ ٱبْتَلَىٰٓ إِبْرَٰهِـۧمَ رَبُّهُۥ بِكَلِمَـٰتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّى جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِن ذُرِّيَّتِى ۖ قَالَ لَا يَنَالُ عَهْدِى ٱلظَّـٰلِمِينَ ﴿١٢٤﴾

Allah İbrahimə (Aleyhis-salam) buyurduğu hökmlər, əmr və qadağalarla onu imtahana çəkdiyini yadına sal. Bu zaman o, Allahın əmrini tamamilə, kamil şəkildə yerinə yetirdi. Belə olduqda Allah peyğəmbəri İbrahimə: "Səni insanlara, onlar sənin əməllərindən və əxlaqından nümunə götürmələri üçün imam təyin edəcəyəm" –dedi". İbrahim isə: "-Ey Rəbbim- Nəslimdən də insanlar nümunə olan imamlar et" –dedi. Allah onun cavabında ona: "Sənin nəslindən olan zalımlar Mənim sənə olan əhdimlə dində imamlığa nail olmazlar" –buyurdu.