×
البقرةAyə 130

Muxtəsər təfsir

وَمَن يَرْغَبُ عَن مِّلَّةِ إِبْرَٰهِـۧمَ إِلَّا مَن سَفِهَ نَفْسَهُۥ ۚ وَلَقَدِ ٱصْطَفَيْنَـٰهُ فِى ٱلدُّنْيَا ۖ وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّـٰلِحِينَ ﴿١٣٠﴾

Öz səfehiyi və düşüncəsizliyi ucbatınan haqqı batilə dəyişib nəfsinin alçaqlığına razı olan kimsədən başqa, İbrahim Əleyhis-salamın dinindən üz çevirib başqa bir din ardınca heç kimsə getməz. Biz onu dünyada rəsul və xəlil (dost) seçdik. Şübhə yoxdur ki, o, Allahın vacib etdiyini yerinə yetirən əməlisalehlərdən və axirətdə də yüksək dərəcələrə nail olanlardandır.