×
البقرةAyə 152

Muxtəsər təfsir

فَٱذْكُرُونِىٓ أَذْكُرْكُمْ وَٱشْكُرُوا۟ لِى وَلَا تَكْفُرُونِ ﴿١٥٢﴾

Siz Məni qəlbiniz və əzalarınızla xatırlayın ki, Məndə sizi, sizə tərif etmək və sizi qorumaqla xatırlayım. Çünki mükafat, əmələ müqabil olur. Sizə bəxş etdiyim nemətlərə görə Mənə şükür edin, bu nemətləri inkar etməklə mənə nankorluq edib, bunları haram işlərə sərf etməyin.