×
البقرةAyə 168

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُوا۟ مِمَّا فِى ٱلْأَرْضِ حَلَـٰلًا طَيِّبًا وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَـٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ﴿١٦٨﴾

Ey insanlar! Yer üzündəki əti pak olan heyvanlardan, yerin bitirdiyi bitki və ağacların meyvəsindən, həmçinin, halal yolla qazanılan təmiz qidalardan yeyin və sizi Allahın yolundan azdıran şeytanın yolu ilə getməyin! Həqiqətən, o, sizə düşmənçilik bəlli olan, sizin açıq-açığına düşməninizdir. Heç bir ağıllı insana ona əziyət verməyə və onu Allahın yolundan azdırmağa həris düşməninin ardınca getmək caiz deyildir.