Muxtəsər təfsir
وَأَتِمُّوا۟ ٱلْحَجَّ وَٱلْعُمْرَةَ لِلَّهِ ۚ فَإِنْ أُحْصِرْتُمْ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ ۖ وَلَا تَحْلِقُوا۟ رُءُوسَكُمْ حَتَّىٰ يَبْلُغَ ٱلْهَدْىُ مَحِلَّهُۥ ۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوْ بِهِۦٓ أَذًى مِّن رَّأْسِهِۦ فَفِدْيَةٌ مِّن صِيَامٍ أَوْ صَدَقَةٍ أَوْ نُسُكٍ ۚ فَإِذَآ أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِٱلْعُمْرَةِ إِلَى ٱلْحَجِّ فَمَا ٱسْتَيْسَرَ مِنَ ٱلْهَدْىِ ۚ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلَـٰثَةِ أَيَّامٍ فِى ٱلْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ ۗ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ۗ ذَٰلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُۥ حَاضِرِى ٱلْمَسْجِدِ ٱلْحَرَامِ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ ﴿١٩٦﴾
Uca Allahın razılığını qazanmaq üçün həcc və ümrə əməllərinin hər ikisini tam yerinə yetirin. Əgər siz, xəstəlik üzündən, yaxud düşmənə görə və ya başqa səbəbdən dolayı həcc və ya ümrə əməllərini yerinə yetirə bilməsəniz, o zaman ehramdan çıxmanız üçün imkan daxilində - dəvə, yaxud inək, yaxud da qoyun- qurban kəsməlisiniz. Qurbanlıq, kəsilməsi lazım olan yerinə çatana qədər başınızı qırxmayın va ya saçınızı qısaltmayın. Əgər kiməsə Məscidulharama daxil olmağa mane olunarsa, onda qoy qurbanı, mane olunduğu yerdə kəssin. Əgər Məscidulharama daxil olmağa mane olunmasa, qoy qurbanını bayram və ya təşriq günülərində kəssin. Sizlərdən xəstə və ya saçında bit olduğu üçün əziyyət çəkən varsa və bu səbəbdən başını qırxsa ona günah yazılmaz. Lakin həmin kimsə fidyə olaraq ya üç gün oruc tutmalı, ya Məscidulharamdakı miskinlərdən altı miskini doydurmalı, ya da bir qoyun kəsib Məscidulharamdakı fəqirlərə paylamalıdır. Əmin olduğunuz təqdirdə həcc aylarında ümrə ibadətini yerinə yetirib, həmin ilin həccinə qədər ehramda özünə haram olunanlardan istifadə edən kəs, imkan daxilində bir qoyun yaxud da yeddi nəfərə bir dəvə və ya bir inək qurban kəssin. Qurban kəsməyə maddi imkanı olmayan isə qurbanlıqın əvəzi olaraq həcc günlərində üç gün, ailəsinə döndükdən sonra isə yeddi gün oruc tutmalıdır. Beləliklə, bunların hamısı kamil on gün edər. Təməttü həcci edən kimsənin qurban kəsməsi və qurban kəsməyə maddi imkanı olmadığı təqdir də isə oruc tutmasının vacib olması hökmü, Məscidulharamda və ya Məscidulharama yaxın yerdə sakin olmayanlara aiddir. Allahın şəriətinə tabe olaraq və qoyduğu hüdudlara hörmətlə yanaşaraq Ondan qorxun. Bilin ki, Allahın əmrinə müxalif olan kimsəyə Allahın əzabı şiddətlidir.