Muxtəsər təfsir
وَٱلْوَٰلِدَٰتُ يُرْضِعْنَ أَوْلَـٰدَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَ ۚ وَعَلَى ٱلْمَوْلُودِ لَهُۥ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِٱلْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَآرَّ وَٰلِدَةٌۢ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَّهُۥ بِوَلَدِهِۦ ۚ وَعَلَى ٱلْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَن تَرَاضٍ مِّنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدتُّمْ أَن تَسْتَرْضِعُوٓا۟ أَوْلَـٰدَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُم مَّآ ءَاتَيْتُم بِٱلْمَعْرُوفِ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ﴿٢٣٣﴾
Analar öz övladlarını kamil iki il əmizdirməlidirlər. Bu, iki il əmizdirmə müddəti əmizdirməni tamamlamaq istəyənlər üçündür. Boşanmış süd əmizdirən anaların yeməyi və geyimi şəriətə müxalif olmamaq şərti ilə insanların adəti üzrə uşağın atasının üzərinə düşür. Allah heç kəsi imkanı və qüvvəsi çatdığından artıq yüklənməz. Valideyinlərdən hər hansı birinə, biri-birinə əziyyət verməsi üçün uşağı vasitə etməsi halal olmaz. Əgər uşağın atası və uşağın malı yoxdursa bu zaman atanın üzərində olan bu haqq eynilə varisin üzərinə düşür. Əgər ata və ana uşağın xeyri üçün öz aralarında məsləhətləşib razılığa gəldikdən sonra uşağı iki il tamam olmazdan əvvəl süddən kəsmək istəsələr, bu işdə ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı doğma analarından başqa süd anasına əmizdirmək istəyirsinizsə və süd əmizdirən qadınların haqqını kəsmədən və gecikdirmədən şəriətə müvafiq qayda üzrə ödəsəniz, yenədə sizə heç bir günah olmaz. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür və heç bir şey gizli qalmaz və O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.