×
البقرةAyə 235

Muxtəsər təfsir

وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا عَرَّضْتُم بِهِۦ مِنْ خِطْبَةِ ٱلنِّسَآءِ أَوْ أَكْنَنتُمْ فِىٓ أَنفُسِكُمْ ۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمْ سَتَذْكُرُونَهُنَّ وَلَـٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُوا۟ قَوْلًا مَّعْرُوفًا ۚ وَلَا تَعْزِمُوا۟ عُقْدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبْلُغَ ٱلْكِتَـٰبُ أَجَلَهُۥ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِىٓ أَنفُسِكُمْ فَٱحْذَرُوهُ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌ ﴿٢٣٥﴾

Əri ölmüş yaxud üç talaqdan sonra ərindən tam boşanmış, gözləmə müddətində olan qadınlara elçi göndərmək istəyinizi açıq-aydın deyil: "Gözləmə müddətin sona çatdıqda mənə xəbər edərsən" buna oxşar işarə ilə bildirməkdə sizə heç bir günah yoxdur. Həmçinin gözləmə müddətində olan qadınla, gözləmə müddəti bitdikdən sonra onunla evlənmək istəyinin qəlbinizdə olmasında sizə heç bir günah yoxdur. Siz onlara çox rəğbət etdiyiniz üçün, onları mütləq xatırlayacağınızı Allah bilir və elə buna görə də sizə bunu açıq-aydın deyil, işarə ilə bildirmənizə icazə vermişdir. Lakin onlar gözləmə müddətində olduqca, onlarla nikah bağlamaq üçün gizlicə vədələşməkdən çəkinin. Onlara yalnız şəriətə müvafiq qayda üzrə söz deyin, buda ki, onlara olan istəyinizi işarə ilə bildirməkdir. Gözləmə müddəti bitməyincəyə qədər onlarla nikah bağlamayın. Bilin ki, Allah sizin qəlblərinizdə, sizə halal va ya haram etdiyindən nələrin gizlin saxladığınızı bilir. Allahdan qorxun və Onun əmrinə müxalif olmayın! Bilin ki, Allah, Ona tövbə edən qullarının günahlarını bağışlayandır və həlimdir onlara əzab verməyə tələsməz.