Muxtəsər təfsir
وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ٱللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا ۚ قَالُوٓا۟ أَنَّىٰ يَكُونُ لَهُ ٱلْمُلْكُ عَلَيْنَا وَنَحْنُ أَحَقُّ بِٱلْمُلْكِ مِنْهُ وَلَمْ يُؤْتَ سَعَةً مِّنَ ٱلْمَالِ ۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰهُ عَلَيْكُمْ وَزَادَهُۥ بَسْطَةً فِى ٱلْعِلْمِ وَٱلْجِسْمِ ۖ وَٱللَّهُ يُؤْتِى مُلْكَهُۥ مَن يَشَآءُ ۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ﴿٢٤٧﴾
Peyğəmbərləri onlara dedi: "Allah Talutu onun bayrağı altında vuruşmanız üçün sizə hökmdar təyin etdi!". Onlardan əsil-nəcabətli olanlar, peyğəmbərlərinin bu seçiminə üz çevirib, inkar edərək dedilər: "O bizim üzərimizdə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik, çünki o, hökümdar övladı deyildir və ona hökümdar olması üçün heç böyük var-dövlət də verilməmişdir". Bu zaman Peyğəmbərləri onlara dedi: "Allah onu sizin üzərinizə hökmdar seçdi və elm və bədəncə sizdən üstün etdi. Allah Öz mülkünü hikməti və rəhməti ilə istədiyi kəsə verir. Allahın lütfü genişdir və bu lütfü istədiyinə bəxş edir və insanlardan buna kimin layiq olduğunu da bilir.