Muxtəsər təfsir
ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٢٧٤﴾
Mallarını Allahın razılığını diləyərək, insanlara göstərmədən və eşitdirmədən gecə və gündüz, gizli və aşkar xərcləyənlərin Qiyamət gün öz Rəbbi yanında mükafatı vardır. Axirətdə onların heç bir qorxusu olmaz və dünyada əldə edə bilmədikləri nemətlərə görə də onlar kədərlənməzlər. Bunlar Allahın lütfü və neməti sayəsindədir.