Muxtəsər təfsir
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿٢٧٧﴾
Həqiqətən, Allaha iman gətirib Onun rəsuluna tabe olan, saleh əməllər edən, namazı Allahın əmr etdiyi kimi tam şəkildə qılan və mallarının zəkatını, zəkat almağa layiq kimsələrə verənlərin mükafatları Rəbbi yanındadır. Axirətdə onların heç bir qorxusu yoxdur və onlar əldə edə bilmədikləri dünya və onun nemətlərinə görə də kədərlənməzlər.