×
البقرةAyə 60

Muxtəsər təfsir

وَإِذِ ٱسْتَسْقَىٰ مُوسَىٰ لِقَوْمِهِۦ فَقُلْنَا ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنفَجَرَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ ۖ كُلُوا۟ وَٱشْرَبُوا۟ مِن رِّزْقِ ٱللَّهِ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿٦٠﴾

Siz səhrada olan zaman sizə şiddətli susuzluq baş verdikdə Allahın sizə olan nemətini xatırlayın. Belə ki, Musa (Aleyis-salam) Rəbbinə yalvarıb sizə yağış yağdırmağı istədi. Bu zaman Allah ona əsasını daşa vurmağı əmr etdi. Musa, əsanı daşa vuran kimi daşdan qəbilələrinizin sayı qədər, on iki çeşmə qaynayıb su çıxdı və hər bir çeşmədən su fışqırdı və biz qəbilələr arasında mübahisə olmaması üçün hər bir qəbilənin ona aid olan çeşməsini göstərib sizə belə dedik: "Heç bir zəhmət çəkmədən Allahın sizə bəxş etdiyi ruzidən yeyib için və yer üzündə fitnə-fəsad törətməyin!".