×
البقرةAyə 9

Muxtəsər təfsir

يُخَـٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَمَا يَخْدَعُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴿٩﴾

Onlar cahilliklərindən dolayı qəlblərindəki küfrü gizlədib özlərini mömin kimi göstərərməklə Allahı və möminləri aldatdıqlarını güman edirlər. Lakin onlar (yalnız özlərini aldatdıqlarını) dərk etmirlər. Çünki, Uca Allah, gizlini və aşkarı biləndir və artıq möminlərə münafiqlərin sifətlərini və onların əhvalını bildirmişdir.