×
طهAyə 114

Muxtəsər təfsir

فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ ۖ وَقُل رَّبِّ زِدْنِى عِلْمًا ﴿١١٤﴾

Allah: ulu, uca, müqəddəs, pak, eyib və nöqsanlardan uzaqdır. O, hər şeyin mülkünə sahib olan hökmdardır! O, həm Özü və həm də sözü haqq olandır. O, müşriklərin Onu vəsf etdiklərindən uzaq və ucadır. Ey Peyğəmbər! Cəbrail sə­nə ayələrinin vəhy edilməsini ta­mam­lanmayınca Qu­ranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənə öyrətdiklərində el­mimi artır!" – de.