×
طهAyə 16

Muxtəsər təfsir

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ ﴿١٦﴾

Qoy kafirlərdən Qiyamətin vaqe olacağına inanmayan və günahlar etməkdə nəf­sinin istəklərinə uyan kəslər, sə­ni, onu təsdiq edib və saleh əməllər etməklə ona hazırlaşmaqdan əsla ya­yındırmasın, yox­sa bu səbəbdən həlak olarsan!