×
طهAyə 71

Muxtəsər təfsir

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَـٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ ﴿٧١﴾

Firon, sehr­bazların Musa və Harunun Rəbbinə iman gətirmələrini qınayaraq və onları təhdid edərək onlara belə dedi: "Mən sizə izin ver­məzdən öncə Musaya imanmı gə­tirdiniz? Ey Sehr­bazlar! Şübhəsiz ki, Musa sizə sehr öyrədən başçınızdır. Mən si­zin hər birinizin əllərinizi və ayaq­larınızı çar­paz kəsdi­rə­cək və bədənlərinizi ta ölənə kimi xur­ma ağac­la­rının gövdələ­rin­də çar­mıxa çə­kəcə­yəm ki, qoy bu, başqalarına da ibrət olsun. Bundan sonra han­sı­mı­zın, mənim, yoxsa Musanın Rəbbinin əza­bı­nın daha şid­dət­li və daha sürəkli ol­duğunu anlayacaqsınız!"