×
طهAyə 86

Muxtəsər təfsir

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَـٰنَ أَسِفًا ۚ قَالَ يَـٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى ﴿٨٦﴾

Musa - aleyhissəlam - qövmünün buzova ibadət etməsindən dolayı qəzəbli və hüzünlü halda onların yanına qayı­dıb de­di: "Ey qöv­müm! Mə­gər Allah sizə Tövratı göndərəcəyi və sizi cənnətə daxil edəcə barədə sizə gözəl bir vəd vermə­miş­di­mi?! Aradan çox uzun zamanmı keçdi ki, siz bunu unutdunuz? Yoxsa bu əməlinizlə Rəbbi­niz­dən sizə bir qəzəb gəl­məsini və əzabın üzərinizdə vaqe olmasını istəyib sizin yanınıza qayıdana kimi Allaha ibadət etməkdə sabitqədən olacağınıza dair mənə verdi­yiniz vədə xilafmı çıxdınız?"