×
طهAyə 88

Muxtəsər təfsir

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ فَقَالُوا۟ هَـٰذَآ إِلَـٰهُكُمْ وَإِلَـٰهُ مُوسَىٰ فَنَسِىَ ﴿٨٨﴾

Samiri, o bərbəzək və zinət əşyalarından İsrail oğulları üçün inək bö­yü­rtüsü kimi böyürüb səs çıxaran, ruhsuz bir buzov heykəli dü­zəlt­di. Samirinin etdiyi əmələ məftun olanlar: "Bu si­zin və Musanın ilahıdır. Lakin Musa onu unudub, bura da qoyub getmişdir" – dedilər.