Muxtəsər təfsir
إِنَّمَآ إِلَـٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًا ﴿٩٨﴾
Ey İnsanlar! Həqiqətən də, sizin haqq olan məbudunuz Özündən başqa heç bir haqq məbud olmayan Allahdır. O, Öz elm ilə hər şeyi əhatə etmişdir. Heç bir şeyin elmi Pak və Uca olan Allaha əsla gizli qalmaz.