×
الأنبياءAyə 30

Muxtəsər təfsir

أَوَلَمْ يَرَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَـٰهُمَا ۖ وَجَعَلْنَا مِنَ ٱلْمَآءِ كُلَّ شَىْءٍ حَىٍّ ۖ أَفَلَا يُؤْمِنُونَ ﴿٣٠﴾

Məgər Allaha küfr edənlər göylərlə yerin bir-biri ilə bitişmiş və aralarında heç bir boşluğun olmadığı bir halda, səmadan yağmur endirib onların arasını bir-birindən araladığı­mı­zı və səmadan yerə endirdiyimiz yağmur səbəbi ilə yer üzündə hər bir canlını və bitkini sudan ya­radıb onlara həyat verdiyimizi gör­mürlərmi?! Məgər onlar bundan sonra da ibrət alıb və tək olan Allaha iman etməyəcəklər?!