×
الأنبياءAyə 34

Muxtəsər təfsir

وَمَا جَعَلْنَا لِبَشَرٍ مِّن قَبْلِكَ ٱلْخُلْدَ ۖ أَفَإِي۟ن مِّتَّ فَهُمُ ٱلْخَـٰلِدُونَ ﴿٣٤﴾

Ey Peyğəmbər! Biz səndən öncə heç bir bəşər övladına bu həyatda əbədi olaraq qalmasına izin vermədik. Yoxsa sən bu həyatda əcəlin çatıb öldüyün bir halda, onlar səndən sonra həmişəlik sağmı qalacaqlar?! Xeyir, bu əsla baş tutan bir şey deyil.