×
الأنبياءAyə 36

Muxtəsər təfsir

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَـٰذَا ٱلَّذِى يَذْكُرُ ءَالِهَتَكُمْ وَهُم بِذِكْرِ ٱلرَّحْمَـٰنِ هُمْ كَـٰفِرُونَ ﴿٣٦﴾

Ey Peyğəmbər! Müşriklər səni gördükləri zaman özlərinə tabe olanların qəlbində sənə qarşı nifrət yaratmaq üçün sənə istehza edə­rək bir-birinə: "İbadət etdiyiniz ilahlarınızı təhqir edən budur­mu?" – deyirlər. Onların sənə istehza etmələri azmış kimi, Allahın Qurandan onlara nazil etdiyi ayələri inkar edər və onlara bəxş etdilən nemətlərə qarşı isə nankorluq edərlər. Onlar bütün bu pisliklərə sahib olduqları üçün eyib olunmağa daha yaliq görülən kimsələrdir.