×
الأنبياءAyə 48

Muxtəsər təfsir

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ وَهَـٰرُونَ ٱلْفُرْقَانَ وَضِيَآءً وَذِكْرًا لِّلْمُتَّقِينَ ﴿٤٨﴾

Biz Musa və Haruna - aleyhiməssəlam - haqqı batildən, halalı haramdan ayıran, iman etmiş kimsələrə doğru yol göstərən və müttəqilər üçün Rəbbi yanında bir öyüd-nəsihət olan Tövratı verdik.