×
الحجAyə 11

Muxtəsər təfsir

وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ﴿١١﴾

İnsanlardan səksəkə içində olub, Uca Alla­ha şəkk-şübhə ilə ibadət edənlər də vardır. Əgər özlərinə sağlamlıq və ya zənginlik kimi bir xeyir bəxş edilərsə, imandan möhkəm yapışıb, Allaha ibadətində davamlı olar. Əgər başına xəstəlik və ya fəqirlik kimi bir müsibət gəlsə, dininə qarşı bədbinlik edər və dindən üz dön­də­rib yenidən küfrə qayıdar. Belə kimsə dünyasını ziyana uğratmış kimsədir. Çünki onun Allaha küfr edib, dindən dönməsi onun üçün əvvəlcədən yazılmız dünya payından heç bir şey artırmaz. Beləsi qiyamət günü Allahın əzabına düçar olacağına görə axirətini də itirimiş kimsədir. Ger­çək zərər də elə bu­dur.