×
الحجAyə 26

Muxtəsər təfsir

وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ﴿٢٦﴾

Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Biz İbrahimə - aleyhissəlam - müqəddəs evin yerini və bilinməyən hüdudlarını göstərib: "Mə­nə ibadətdə heç bir şeyi şərik qoşma, yalnız tək Mənə ibadət et və evimi də orada təvaf edənlər və na­maz qılanlar üçün hissi və mənəvi pisliklərdən təmizlə!" – de­yə vəhy etdik.