×
الحجAyə 39

Muxtəsər təfsir

أُذِنَ لِلَّذِينَ يُقَـٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ ﴿٣٩﴾

Uca Allah, düşmənləri tərəfindən zülümə məruz qalmış möminlərə, Allah yolunda müşriklərlə vu­ruş­mağa ica­zə ve­rir. Şübhəsiz ki, Allah, döyüşsüz də, möminlərə düşmənləri üzərində qələbə nəsib etməyə qadirdir. Lakin Allah Öz hikməti ilə möminləri düşmənlərlə vuruşaraq sınağa çəkməyi istəmişdir.