×
الحجAyə 44

Muxtəsər təfsir

وَأَصْحَـٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَـٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿٤٤﴾

Mədyən əhalisi də Şueyb peyğəmbəri ya­lançı say­mışdı. Firon və onun camaatı da Musanı ya­lan­çı sa­ydı. Mən, göndərilən peyğəmbərləri yalan sayan qövmlərin azğınlıqlarında davam etmələri üçün onlara əzab verməyə tələsmədim. Sonra isə on­ları gözləmədikləri bir halda, qəfildən şiddətli bir əzabla ya­xa­la­dım. Mənim onları necə cəzalandırdığımı bir düşün. Mən onları, etdikləri küfr və günahlardan dolayı məhv etdim.