Muxtəsər təfsir
لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌ ﴿٥٩﴾
Uca Allah onları sevinib, razı qalacaqları bir yerə daxil edəcəkdir. O yer Cənnətdir. Həqiqətən, uca Allah qullarının niyyətlərindən və əməllərindən xəbərdardır və onlara qarşı həlimdir, belə ki, etdikləri hər bir günaha görə onlara əzab verməyə tələsməz!