Muxtəsər təfsir
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَـٰتُنَا بَيِّنَـٰتٍ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَـٰتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكُمُ ۗ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿٧٢﴾
Kafirlərə Qurandan açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə Quran ayələrini eşitdiklərinə görə nifrət hissi görərsən. Qəlblərindəki qəzəbin şiddətindən dolayı az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. Ey Peyğəmbər! Onlara belə de: "Sizə qəlbinizdə olan qəzəbdən və üz-gözünüzdə olan nifrət hissindən də daha şərlisini xəbər verimmi? Bu, Allahın, kafirlərin girəcəyinə dair vəd etdiyi Cəhənnəmdir. Onların varid olacaqları yer necə də pis bir yerdir!"