×
المؤمنونAyə 21

Muxtəsər təfsir

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةً ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَـٰفِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ ﴿٢١﴾

Ey İnsanlar! Sizin üçün dəvə, inək və qoyun heyvanla­rın­da Uca Allahın qüdrətinə və sizə bəxş etmiş olduğu lütfünə dəlalət edən bir çox ibrətlər vardır. Biz sizlərə bu heyvanların bət­nin­dən, içənlərin boğazından rahat keçən pak süddən içirdirik. Sizin üçün bu heyvanlarda üzərinə minmək, yunundan və tükündən istifadə etmək və ətindən yemək kimi daha baş­qa faydalar da vardır.