Muxtəsər təfsir
ٱلْخَبِيثَـٰتُ لِلْخَبِيثِينَ وَٱلْخَبِيثُونَ لِلْخَبِيثَـٰتِ ۖ وَٱلطَّيِّبَـٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَـٰتِ ۚ أُو۟لَـٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَ ۖ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ ﴿٢٦﴾
Hər bir murdar kişi və murdar qadın özlərinə münasib olan murdar kişiyə və murdar qadına yaraşar və hər bir murdar söz və əməl ona münasib olan murdar kimsələrə yaraşar. Eyni şəkildə hər təmiz olan da, təmiz olana yaraşar. Təmiz kişilər və qadınlar, murdar kişi və qadınların onlar barəsində söylədiklərindən uzaqdırlar. Bu kimsələr üçün Allahdan günahlarının bağışlanması və gözəl bir ruzi vardır. Bu isə Cənnətdir.