Muxtəsər təfsir
وَلَقَدْ أَنزَلْنَآ إِلَيْكُمْ ءَايَـٰتٍ مُّبَيِّنَـٰتٍ وَمَثَلًا مِّنَ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ ﴿٣٤﴾
Ey İnsanlar! Biz sizə içərisində heç bir qarışıqlıq olmayan, açıq-aydın ayələr nazil etdik. Sizin, sizdən öncə yaşamış mömin və kafir kimsələrin başlarına gələn hadisərdən ibrət almanız üçün onlardan sizə misallar çəkdik. Həmçinin, Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Rəbbindən qorxan müttəqilər üçün bir öyüd-nəsihət nazil etdik.