Muxtəsər təfsir
وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُم مِّنۢ بَعْدِ ذَٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ ﴿٤٧﴾
Münafiqlər: "Allaha və Rəsuluna iman gətirdik, Allaha və Rəsuluna itaət etdik!" – deyirlər və bundan sonra isə onlardan bir dəstə iman və itaətdən üz çevirir. Allaha və Rəsuluna iman və itaət etdikləri iddiasına olduqdan sonra Allah yolunda cihad etmə əmri xüsusunda və digər əmrlərdə Allaha və Rəsuluna itaət etməzlər. Allah və Onun Rəsuluna itaət etməkdən üz çevirən o kimsələr, hətta özlərinin iman gətirdiklərini iddia etsələrdə, mömin deyillər.