×
النورAyə 58

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِيَسْتَـْٔذِنكُمُ ٱلَّذِينَ مَلَكَتْ أَيْمَـٰنُكُمْ وَٱلَّذِينَ لَمْ يَبْلُغُوا۟ ٱلْحُلُمَ مِنكُمْ ثَلَـٰثَ مَرَّٰتٍ ۚ مِّن قَبْلِ صَلَوٰةِ ٱلْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ ٱلظَّهِيرَةِ وَمِنۢ بَعْدِ صَلَوٰةِ ٱلْعِشَآءِ ۚ ثَلَـٰثُ عَوْرَٰتٍ لَّكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌۢ بَعْدَهُنَّ ۚ طَوَّٰفُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَىٰ بَعْضٍ ۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلْـَٔايَـٰتِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿٥٨﴾

Ey Allaha iman gətirib, Onun şəriətinə əməl edən kimsələr! Kişi və qadın kölələriniz və həddi-bü­lu­ğ yaşına çatma­yan uşaqlarınız ya­nınıza gir­mək istədikdə qoy bu üç vaxtda siz­dən izin is­tə­sinlər. Bu vaxtlar: sübh na­ma­zından əvvəl, yataq paltarlarınızı dəyişib gündüz paltarlarınızı geyindiyiniz vaxt, gü­norta vaxtı palta­rı­nızı yatmaq üçün çıxartdı­ğı­nız za­man və işa namazından sonrakı vaxtdır. Çünki bu vaxt, gündüz paltarınızı çıxarıb yataq paltarınızı geyindiyiniz vaxtdır. Bu üç vaxt, sizin çılpaq ola bilə­cə­yi­niz vaxt­lardır. Bu kimsələr, bu vaxtlarda sizin yanınıza ancaq sizdən izin aldıqdan sonra girə bilərlər. Bu üç vaxtdan başqa qalan vaxt­larda onların sizin yanınıza sizdən izin almadan daxil olmalarında və həmçinin sizin də onların yanına onlardan izin olamdan daxil olmanızda nə sizə, nə də onlara bir gü­nah vardır. Çünki onlar gecə-gündüz daima sizin aranızda olan kimsələrdir və hər dəfə sizin yanınıza daxil olmaq üçün sizdən izin istəmələri onlara çətindir. Uca Allah, evlərə daxil olmazdan əvvəl izin alma hökmlərini sizə açıq-aydın izah etdiyi kimi, şəriətin başqa hökmlərinə dəlalət edən ayələri də sizə belə aşıq-aydın bir şəkildə izah edir. Uca Allah nəyin qulları üçün daha xeyirli olduğunu biləndir və onlar üçün qanun etdiyi hökmlərində də hikmət sahibidir.