×
النورAyə 64

Muxtəsər təfsir

أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ ﴿٦٤﴾

Bilin ki, yaratma, sahib olma və idarə etmə baxımından göylərdə və yerdə nə var­sa hamısı, Uca Alla­ha məxsusdur. Ey İnsanlar! O sizin hansı əməl üzərində olduğu­nuzu çox yaxşı bilir. Bu işdə Ona heç bir şey gizli qalmaz. Qiyamət günü -öldükdən sonra dirildilərək Onun hüzu­runa döndüyünüzdə- O sizlərə dünyada ikən etdiyiniz əməlləri xəbər verəcəkdir. Allah hər şeyi biləndir. Göylərdə və yerdə heç bir şey Ona gizli qalmaz.