Muxtəsər təfsir
وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَـٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّوا۟ ٱلسَّبِيلَ ﴿١٧﴾
O gün Allah, yalan sayan o müşrikləri və onların Allahdan başqa ibadət etdikləri bütlərin hamısını bir araya cəm edəcək və ibadət edilən o bütlərə məzəmmət edərək belə deyəcəkdir: "Qullarıma, sizə ibadət etmələrini əmr edərək onları haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?!"