Muxtəsər təfsir
وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًا ﴿٢٠﴾
Ey Peyğəmbər! Səndən öncəki göndərdiyimiz bütün elçilərimiz də yemək yeyər, bazarlarda gəzib dolaşardılar. Bunu edən sən ilk peyğəmbər deyilsən. Ey İnsanlar! Sizin bəzilərinizi digərlərinizə zənginlik, fəqirlik, sağlamlıq və xəstəlik səbəbi ilə sınağa çəkdik ki, görək siz səbir edə biləcəksinizmi?! Əgər buna səbir edə bilsəniz, Allah, səbir etdiyinizə görə bunun mükafatını sizə verəcəkdir. Sənin Rəbbin, səbir edənlə səbir etməyəni, Ona itaət edənlə itaət etməyəni görəndir.