Muxtəsər təfsir
يَوْمَ يَرَوْنَ ٱلْمَلَـٰٓئِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا ﴿٢٢﴾
Kafirlər ölüm ayağında, bərzəx aləmində, yenidən dirilib qəbirlərindən çıxacaqlarında, hesaba gətirildiklərində və həmçinin Cəhənnəmə varid olduqda, möminlərin tam əksi olaraq onlara heç bir müjdə və ya sevindirici xəbər verilməyəcək. Bu zaman mələklər kafirlərə: "Sizə Allah tərəfindən müjdə haramdır" - deyəcəklər.