Muxtəsər təfsir
أَصْحَـٰبُ ٱلْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا ﴿٢٤﴾
Cənnət əhli olan möminlər, o gün qalacaqları və istirahət edəcəkləri məqam baxımından kafirlərdən daha üstün məqamlarda və daha gözəl yerlərdə olacaqlar. Bu da onların Uca Allaha iman gətirmələri və saleh əməllər etmələri səbəbi ilədir.